Bu gün futbol dünyasının diqqəti Rusiyanın paytaxtı Moskvada olub.
Sportarena.az xəbər verir ki, Kreml Sarayında gələn il bu ölkədə təşkil ediləcək dünya çempionatının püşkatması keçirilib. Püşkatmada 32 yığma hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb. Millilər FİFA reytinqindəki mövqelərinə uyğun olaraq 4 səbətdə yer alıb.
Reqlamentə əsasən, hər qrupda ikidən artıq Avropa təmsilçisi olub. Digər qitələr isə qruplarda yalnız bir milli ilə təmsil oluna bilib.
DÇ-2018:
A qrupu
Rusiya
Səudiyyə Ərəbistanı
Misir
Uruqvay
B qrupu
Portuqaliya
İspaniya
Mərakeş
İran
C qrupu
Fransa
Avstraliya
Peru
Danimarka
D qrupu
Argentina
İslandiya
Xorvatiya
Nigeriya
E qrupu
Braziliya
İsveçrə
Kosta-Rika
Serbiya
F qrupu
Almaniya
Meksika
İsveç
Cənubi Koreya
G qrupu
Belçika
Panama
Tunis
İngiltərə
H qrupu
Polşa
Seneqal
Kolumbiya
Yaponiya