FİFA-nın prezidenti Canni İnfantino reytinqlə bağlı maraqlı açıqlama səsləndirib.
Sportarena.az xəbər verir ki, prezident FİFA reytinqinin qeyri-obyektiv və çatışmazlıqlar olduğunu qəbul edib. O açıqlamasında yeni sistem üzərində işlədiklərini bildirib.
"Bunun üzərində işləyirik. Yeni reytinq piramida kimi görünəcək. Fərqli ölkələrdən, müxtəlif qitələrdən olan komandaları müqayisə etmək çətindi. Çünki demək olar onlar bir-biri ilə oynamırlar. Çatışmazlıqlar var, bu başa düşüləndir, biz onlar üzərində çalışırıq.
Rusiyanın da reytinqi azalıb, amma hər şey dünya çempionatından sonra aydınlaşacaq. Onlara uğurlar arzulayıram".