Son illərdə sponsor müqavilələrindən istənilən qazancı əldə etməyən "Fənərbaxça" yeni əməkdaş tapıb.
Sportarena.az xəbər verir ki, "sarı lacivrərdlilər" "Spor Toto" şirkəti ilə 5 illik anlaşma imzalayıb. Bu müqavilə kluba 10 milyon avro qazandıracaq.
Titul sponsorunu tapan "Fənərbaxça" hazırda formanın axra hissəsində "Ülker" yazısı ilə meydana çıxır. Bu anlaşma ildə İstanbul klubuna 3 milyon dollar qazandırır. Klubun əzəli rəqibi "Qalatasaray"ın sponsorlardan 15 milyon avro civarında gəlir əldə etdiyi məlumdur.
"Sport Toto" çempionatda mübarizı aparan bəzi klublara da maliyyə dəstəyi verəcəyini açıqlayıb.