Rizvan Rəsulov: “Azərbaycan kuboku yüksək səviyyədə təşkil olunub” AÇIQLAMA + VİDEO

16:16 2 Dekabr 2017

Xəbər verdiyimiz kimi, Şüvəlan qəsəbəsindəki Ağr Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan Kuboku keçirilir.

 

Sportarena.az xəbər verir ki, yarış zamanı Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov jurnalistlərə müsahibə verərək ölkə kubokunun keçirilməsində əsas məqsədin atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi və güclü idmançıların seçilməsiolduğunu bildirib. O Azərbaycan kubokunun yüksək səviyyədə təşkil olunduğunu da sözlərinə əlavə edib. Baş katib həmçinin 1 illik cəzaya məruz qalan yığma komandanın qarşıdakı hədəflərinin qüvvədə qaldığını da dilə gətirib:

 

“Qarşıda bizi 2018-ci ildə yeniyetmələrin Yay Olimpiya Oyunları və Dünya çempionatı gözləyir. Yeniyetmələrin Yay Olimpiya Oyunlarına 1 lisenziya da əldə etmişik. 2017-ci il bizim üçün ağır illərdən biri oldu. Amma biz çalışdıq ki, idmançıların ölkədaxili və beynəlxalq yarışlarda iştirakını tam təmin edək. Əlbəttə, uğurlarımız da çox oldu. Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında, yeniyetmələrin və gənclərin Avropa birinciliklərində yüksək nəticələr əldə edə bildik”.

 

 


Digər xəbərlər

Xəbər xətti