Almaniya Bundesliqasında baş məşqçi istefası gerçəkləşib.
Sportarena.az xəbər verir ki, “Köln”ün baş məşqçisi Peter Ştoqer istefaya göndərilib. 51 yaşlı avstriyalı mütəxəssis “Şalke” ilə oyundan (2:2) sonra istefaya göndərilib.
“Köln” cari mövsümdə olduqca uğursuz çıxış edir. Komanda Bundesliqada 14 turdan sonra hələ də qələbə qazana bilməyib.