Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 17-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Yunion Fyurstenvalde” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:0.
Rüfət də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb. Komandasının iki qolunu da futbolçumuz vurub. Belə ki, 19-cu dəqiqədə hesabı açan Rüfət 66-da da “Dinamo”nun üçüncü qoluna imza atıb. Bu, onun cari mövsümdə vurduğu 16-cı qoldu.
"Dinamo" hazırda 33 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.