Nazarovun komandası darmadağın oldu

11:31 4 Dekabr 2017

Almaniya 2-ci Bundesliqasında 16-cı tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Ersqebirqe” də növbəti matçını keçirib. Aue təmsilçisi səfərdə “Drezden”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:0 hesablı darmadağını ilə yekunlaşıb.



Matça start heyətində başlayan Nazarov 90 dəqiqə meydanda olub. 

16 oyundan sonra aktivində 19 xal olan “Ersqebirqe” turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti