"Opta" statistika kompaniyası 2018-ci ildə Rusiyada keçiriləcək Dünya çempionatında iştirakçıların qələbə şanslarını dəyərləndirib.
Sportarena.az xəbər verir ki, 5 qat dünya çempionu Braziliya mundialın favoriti kimi göstərilib. "Pentakampeonlar" 14.2%-lə hamını geridə qoyub.
Turnirin son qalibi Almaniya (11.4%), son finalçı Argentina (10.9%), Fransa (10.5%) və İspaniyanın (9.3%) da çempionluq şansları yüksək dəyərləndirilir. Meydan sahibləri Rusiya 1.7%-lə 15-ci yerdədir. Ən az şans Mərkaeş millisinə verilib - 0.7%.