Əvvəl Di Françesko, sonra Qurbanov

16:02 4 Dekabr 2017

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin son matçında səfərdə “Roma” ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, “köhlən atlar” artıq İtaliyaya yola düşüb. Dekabrın 5-də keçiriləcək oyundan əvvəl hər iki komandanın baş məşqçisinin mətbuat konfransları və son məşqlərinin vaxtı açıqlanıb.

 

“Roma”nın baş məşqçisi Eusebio Di Françesko dekabrın 4-də Bakı vaxtı saat 16:30-da jurnalistlərin suallarını cavablandıracaq. Onun komandasının son məşqi isə bundan yarım saat sonra olacaq.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da həmin gün media mənsubları ilə görüşəcək. O, Bakı vaxtı ilə saat 21:30-da jurnalistlərin önünə çıxacaq. Saat 22:00-da isə “köhlən atlar”ın son məşqi olacaq.

Qeyd edək ki, “Roma” - “Qarabağ” görüşü dekabrın 5-də, saat 23:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti