"Roma" - "Qarabağ" matçının ehtimal heyətləri

16:36 4 Dekabr 2017

Sabah Çempionlar Liqasının qrup mərhələsində sonuncu turun oyunlarına start veriləcək. Qitənin ən nüfuzlu klub turnirindəki təmsilçimiz “Qarabağ” qrupdakı son oyununda səfərdə “Roma” ilə üz-üzə gələcək.

 

Sportarena.az xəbər verir ki, İtaliya mətbuatında sabahkı oyun üçün ehtimal olunan start heyətləri açıqlanıb. İtalyan həmkarlarımızın fikrincə, meydan sahibləri sabahkı oyuna 4-3-3, “Qarabağ” isə ənənəvi 4-2-3-1 taktikası ilə çıxacaq.

 

Maraqlıdı ki, italyan həmkarlarımızın “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin zədəli olmasından xəbəri yoxdu. Belə ki, ehtimal olunan heyətdə alban müdafiəçiyə ilk “11”-likdə yer verilib.

 

İtaliya mətbuatında yer alan komandaların ehtimal olunan start heyətləri:

 

Roma: 1. Alisson - 24. Florensi, 44. Manolas, 20. Fazio, 11. Kolarov - 4 Nainqqolan, 16. De Rossi, 6. Strootman - 30. Gerson, 9. Dzeko, 8. Perotti.

 

Qarabağ: 13. İbrahim Şehiç - 5. Maksim Medvedev, 21. Arif Daşdəmirov, 52. Yakub Jezniçak, 25. Ansi Aqolli - 2. Qara Qarayev, 20. Riçard Almeyda - 18. Tarık Elyunussi, 8. Miçel, 11. Mahir Mədətov - 9. Dino Ndlovu.

 

Qeyd edək ki, “Roma” - “Qarabağ” oyunu sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti