"Qarabağ"ın gənclərinin oyunu xorvatlara tapşırıdı

16:58 4 Dekabr 2017

“Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasının qrup mərhələsində “Roma” ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komandanın “Roma” ilə 6-cı tur çərçivəsində qarşılaşmasını Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Tihomir Pejin olacaq. Ona Qoran Pataki ilə Maryan Tomas kömək edəcək. Ehtiyat hakim isə italiyalı Daniele Martinelli olacaq.

Polşalı Marçin Stefanski oyunun UEFA nümayəndəsi olacaqsa, italiyan Domeniko Messina hakim-inspektor kimi fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, sabah keçiriləcək “Roma” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti