İranın İsfahan şəhərində təşkil edilən "4 Top Nations" turnirində iştirak edən Azərbaycan millisi bu gün ikinci oyununu keçirib.
Sportarena.az xəbər verir ki, yığmamız Rusiya futzalçıları ilə qarşılaşıb. Oyun rusların 4:3 hesablı qələbəsi ilə nəticələnib. Xatırladaq ki, millimiz turnirdəki ilk oyununda İranla 3:3 hesablı heç-heçə etmişdi.
Yığmamız turnirdəki növbəti matçını dekabrın 6-da, Qazaxıstan millisinə qarşı keçirəcək.
"4 Top Nations" turniri
4 dekabr
Rusiya - Azərbaycan 4:3
Qol: İvan Molivanov, 15:23; Dmitri Lıskov, 16:04, 30:27, Artyom Niyazov, 34:21 - Everton Kardoso, 22:40; Rafael Karvalyo, 27:30, Uilyams Oliveyra, 39:10.
Azərbaycan: 12. Rövşən Hüseynli, 3. Tiaqo Martins, 6. Eduardo Borqes, 8. Rizvan Fərzəliyev (k), 9. Qabriel Bastos
Ehtiyat heyət: 1. Emin Kürdov, 2. Samir Həmzəyev, 4. İsa Atayev, 5. Renat Sultanov, 7. Ramiz Çovdarov, 10. Uilyams Oliveyra, 13. Everton Kardoso, 15. Seymur Məmmədov, 18. Rafael Karvalyo
Baş məşqçi: Alesio da Silva