Maksim Medvedev: "Roma" kimi komanda ilə qarşılaşmaq hər dəfə ələ düşmür"

10:18 5 Dekabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Roma"nın qonağı olacaq "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev oyunöncəsi mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, Medvedev birbaşa sualları cavablandırıb:

 

- Oyuna böyük itkilərlə çıxacaqsız. Əsas da müdafiədə. Boşluqları doldurmaq üçün üçün hansı imkanlardan istifadə edəcəksiz?
- "Qarabağ"ın 2 ən tərübəli müdafiəçisi sabahkı matçda oynamayacaq. Onları əvəzləyən futbolçular oyuna yaxşı kökləniblər, üzərlərinə düşən məsuliyyəti yaxşı dərk edirlər. "Roma" kimi komanda ilə qarşılaşmaq hər dəfə ələ düşmür. Düşünürəm ki, sabahkı oyunda meydana çıxacaq futbolçular özlərini ən yaxşı tərəfdən göstərəcəklər.

 

- Uzun illərdi ki, "Qarabağ"da çıxış edirsən. Avroliqa və Çempionlar Liqası turnirlərində qazandığın təcrübədən sonra özünü Avropa komandalarında oynamağa hazır sayırsanmı? Ümumiyyətlə, belə təkliflər varmı?
- 5 ildi ki, Avropa səviyyəsində futbol oynayırıq, ildən-ilə daha çox təcrübə toplayırıq. Böyük klublara qarşı başabaş mübarizə apara biliriksə, heyətdə olan bir çox futbolçuların digər komandalarda da rahat çıxış edə biləcəkləri fikrindəyəm. Bizi izləyənlər çoxdu, təklif gəlməsi normal haldı.

 

- Rəşadın yoxluğunda kapitan kimi meydana çıxacaqsan. Onun yoxluğunda özünü necə hiss edəcəksən? Rəşadı əvəzləmək mümkün olacaqmı?
- Rəşadın yoxluğu komanda üçün böyük itkidi. Onun meydanda olması komanda üçün böyük motivasiya olurdu, fərqli oyun oyun nümayiş etdirirdik. Qismət belədi. Rəşad ötən oyunda qırmızı vərəqə alıb və kapitan sarğısı mənə tapşırılıb. Rəşadın hərəkətlərini yada salıb, komanda yoldaşlarıma dəstək olmağa çalışacam. Çalışacam ki, kapitanı bacardıqca yaxşı əvəzləyim. 


Digər xəbərlər

Xəbər xətti