Bu gün Çempionlar Liqasının qrup mərhələsində son turun görüşlərinə start veriləcək.
Sportarena.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirindəki təmsilçimiz “Qarabağ” səfərdə “Roma” ilə üz-üzə gələcək. Bu oyunun qrupda mövqe baxımından “köhlən atlar” üçün heç bir əhəmiyyəti yoxdu. Belə ki, Qurban Qurbanovun yetirmələri İtaliya paytaxtından 3 xalla qayıdacağı təqdirdə belə son sıradan xilas olmayacaq. Lakin ölkə futbolu tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin iştirakçısı olan "Qarabağ" üçün burda keçirdiyi hər bir oyun tarixi əhəmiyyətə malikdi. Buna görə, Ağdam təmsilçisi heyətdəki itkilərə baxmayaraq, "əbədi şəhər"dən xalla qayıtmaq üçün var qüvvəsini sərf edəcək.
Bu matçın "Roma" üçün də böyük əhəmiyyəti var. Belə ki, “canavarlar” 1/8 finala vəsiqəni təmin etmək üçün Ağdam təmsilçisini məğlub etməlidi.
Bu komandalar arasında Bakıda keçirilmiş oyun “Roma”nın 2:1 hesablı qələbəsi ilə nəticələnmişdi.
Çempionlar Liqası, C qrupu
5 dekabr
23:45 Roma (İtaliya) - Qarabağ (Azərbaycan) 1:0
Qol: Perotti, 53
Hakimlər: Tobias Stieler, Mayk Pikel, Yan Seydel, Kristian Gittelmann
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Harm Osmers (hamısı Almaniya)
Roma. Olimpiya stadionu
Roma: 1. Alisson Bekker, 4. Radja Nainqqolan, 6. Kevin Strotman, 8. Dieqo Perotti, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 16. Daniele de Rossi, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas Manolas, 92. Stefan Əl-Şaravi
Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 14. Patrik Şik, 15. Hektor Moreno, 21. Maksim Qonalons, 30. Gerson
Baş məşqçi: Eusebio de Françesko
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Gerye
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov