Bu gün Çempionlar Liqasının qrup mərhələsinin son turunda «Qarabağ» səfərdə «Roma» ilə qarşılaşacaq.
Sportarena.az xəbər verir ki, Olimpiya stadionunda keçiriləcək matça 40 mindən çox bilet satılıb. Qeyd edək ki, stadionun tamaşaçı tutumu 70 634 nəfərdi.
Biletlər stadionun kassaları ilə yanaşı, Romanın müxtəlif yerlərində də səyyar satışa çıxarılıb. «Roma»nın formalarını geyinmiş gənc qızlar şəhər əhalisinə və turistlərə 30-70 avroya bilet təklif edirlər.
Qiymətlər yerlərə görə dəyişir. Qapıların arxasındakı tribunalara 30, yan tribunalara 40, mərkəzi tribunalara olan biletlər isə 70 avrodu.
Yeri gəlmişkən, yerli sinoptiklərin verdiyi məumata görə, sabah Romada hava aydın olacaq. Yağış yağma ehtimalı yoxdu. Oyun vaxtı temperatur 1-2 dərəcə təşkil edəcək. Yəni, soyuğa rəğmən, əsl futbol havası olacaq.
Xatırladaq ki, «Roma» - «Qarabağ» matçı saat 23:45-də başlayacaq.