"Qəbələ" dünyanın ən məhsuldar klubları siyahısında

13:17 5 Dekabr 2017

Dünyanın milli çempionatlarında davam edən ən uzun seriyalar açıqlanıb

 

Sportarena.az xəbər verir ki, Azərbaycan klubları da sözügedən siyahıda yer alıb. İki təmsilçimiz - “Qəbələ” və “Keşlə” fərqlənənlər sırasında qərarlaşıb.

 

"Qəbələ” dünyanın ən məhsuldar komandaları arasında yer alıb. Söhbət hər görüşdə 3 və daha çox qol vurmaqdan gedir. Roman Qriqorçukun yetirmələri artıq 4 çempionat oyunudu 3-dən az qol vurmur. Yalnız Kanada təmsilçisi “Skarboro” daha çox – 5 matçda belə məhsuldar olub. “Qəbələ” və daha 3 klubda isə bu göstərici 4-ə bərabərdi.

 

“Keşlə” isə ardıcıl məğlubiyyət sayında 9-10-cu yerlərə şərikdi. Bakılılar Tailandın “Esen Yunayted” komandası ilə eyni göstəriciyə malikdi. Bu göstəricidə antirekord “Paniliakos”a məxsusdu. Yunanıstanın aşağı liqa təmsilçisi 23 turdu xal qazana bilmir.


Digər xəbərlər

Xəbər xətti