"Qəbələ" AVİS ilə müqaviləni yenilədi

14:13 5 Dekabr 2017

 

“Qəbələ” İdman Klubu ilə AVIS Azərbaycan şirkəti arasında əməkdaşlıq müqaviləsi yenilənib.

 

Sportarena.az xəbər verir ki, müqaviləyə əsasən, AVIS “Qəbələ”ni daha 1 il nəqliyyat vasitələri ilə təmin edəcək. AVIS reklamları “Qəbələ”nin ev oyunlarının keçirildiyi meydançanın ətrafındakı reklam lövhələrində, oyun sonrası mətbuat konfranslarında arxa fon lövhəsində və klubun rəsmi saytında yerləşdiriləcək.

 

Bundan əlavə, hər iki qurum keçirəcəkləri sosial məsuliyyət və ya marketinq kampaniyalarında bir-birlərini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcəklər.


Digər xəbərlər

Xəbər xətti