Bu gün UEFA Gənclər Liqasında sonuncu tura start verilib.
Sportarena.az xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” İtaliyada “Roma” ilə görüşəcək.
Keçirdiyi 5 matçdan yalnız birində qalib gələn Rəşad Sadıqovun yetirmələri üçün son tur formal xarakter daşıyır. Bununla belə Ağdam klubu son pillən tərk edə bilər. Bunun üçün "Roma" ilə görüşdən 4 top fərqi ilə qalib ayrılmaq lazımdı. Çünki "Qarabağ" Bakıdakı qarşılaşmada 0:3 hesabı ilə uduzub. “Roma” üçün də görüşün əhəmiyyəti qalmayıb.
Gənclər Liqası: C qrupu, 6-cı tur
5 dekabr
17:30 Roma (İtaliya) - Qarabağ (Azərbaycan) 3:0
Qol: Zakaria Sdaiqui, 19, Visente Besujen, 35, Ludoviko Dorazio, 81
Hakimlər: Tihomir Pejin, Qoran Pataki, Maryan Tomas (hamısı Xorvatiya), Daniele Martinelli (İtaliya).
Roma. “Tre Fontan” stadionu
Roma: 1. Andrea Romanyoli, 5. Stefano Siavattini (k), 8. Alessandro Petruççelli, 10. Mirko Antonuççi, 11. Rikkardo Kappa, 13. Andrea Siofi, 14. Devid Bua, 15. Salvatore Pezzella, 17. Françesko Semeraro, 18. Visente Besujen, 22. Zakaria Sdaiqui
Ehtiyat oyunçular: 12. Stefano Qreko, 2. Lirim Kastrati, 3. Andrei Trusesku, 4. Rikkardo Karqnelutti, 16. Alessio Rikkardi, 19. Ludoviko Dorazio, 21. Luka Petrunqaro
Baş məşqçi: Alberto De Rossi
Qarabağ: 89. Nicat Mehbalıyev, 3. Turan Manafov, 24. Yaroslav Deda, 28. Süleyman Əhmədov, 31. Oliver Stoymenovski, 36. Əli Əliyev, 39. Zaur Fərzəliyev (k), 47. Əsgər Hüseynov, 59. Boyan Miovski, 60. Pilağa Mehdiyev, 80. İbrahim Qədirzadə
Ehtiyat oyunçular: 40. Məmməd Hüseynov, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 37. Akif Hümbətzadə, 38. Famin Əliyev, 54. İbrahim Hüseynov, 72. Taleh Rzayev
Baş məşqçi: Rəşad Sadıqov