Messi hansı klubun 100 milyonluq təklifini rədd edib?

18:43 5 Dekabr 2017

“Barselona”nın və Argentina millisinin üzvü Lionel Messi “Mançester Siti”nin böyük məbləğdə olan təklifindən imtina edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın “Marka” nəşri yayıb. Xəbərdə “şəhərlilər”in Messiyə birbaşa 100 milyon, illik 50 milyon avro dəyərində müqavilə təklif etdiyi, lakin argentinalı hücumçunun bu təklifə “yox” cavabı verdiyi qeyd edilib.

 

Xatırladaq ki, Messi bu yaxınlarda “Barselona” ilə müqavilə müddətini 2021-ci ilədək uzadıb. Yeni müqaviləyə əsasən, Leo “Barsa”da ilinə 43 milyon avro maaş alacaq.


Digər xəbərlər

Xəbər xətti