Millimiz İranda 3-cü oldu

11:36 6 Dekabr 2017

İranın İsfahan şəhərində təşkil edilən "4 Top Nations" turnirində iştirak edən Azərbaycan millisi bu gün turnirdə son oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, yığmamız Qazaxıstan millisi ilə üz-üzə gəlib. Görüş bərabərliklə nəticələnib - 3:3. Bu nəticə ilə yığmamız turniri 3-cü pillədə başa vurub. Millimiz qazaxlarla eyni xala malik olsa da, daha yaxşı top fərqinə görə bir pillə irəlidə yer alıb. 

 

Xatırladaq ki, seçmə komandamız turnirdə keçirdiyi əvvəlki oyunlarda İranla heç-heçə edib (3:3), Rusiyaya uduzmuşdu (3:4).  

 

"4 Top Nations" turniri

6 dekabr

Azərbaycan - Qazaxıstan 3:3

Qollar: Uilyams Oliveyra Vassoura, 9, 11; Rafael Karvalyo, 39 - Pavel Taku, 25, 35; Duqlas Da Silva, 32

 

Azərbaycan: 12. Rövşən Hüseynli, 18. Rafael Karvalyo, 6. Eduardo Borqes, 8. Rizvan Fərzəliyev (k), 9. Qabriel Bastos, 1. Emin Kürdov, 2. Samir Həmzəyev, 4. İsa Atayev, 5. Renat Sultanov, 7. Ramiz Çovdarov, 10. Uilyams Oliveyra Vassoura, 3. Tiaqo Martins, 15. Seymur Məmmədov

 

Baş məşqçi: Alesio da Silva


Digər xəbərlər

Xəbər xətti