19 yaşadək futbolçular arasında Avropa çempionatının püşkü atılıb.
Sportarena.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan yığması 1-ci qrupda yer alıb. Püşk millimizə Gürcüstan, İsrail və Lixtenşteyni rəqib edib. Oyunlar gələn ilin payızında keçiləcək.
Reqlamentə əsasən, qruplarda ilk iki yeri tutmuş komandalar 2019-cu ilin yazında elit-raundda mübarizə aparmaq haqqı qazanacaqlar. Yarışın final mərhələsi isə həmin ilin iyulunda, Ermənistanda keçiriləcək.