Klublararası dünya çempionatı başladı - YENİLƏNİB

22:56 6 Dekabr 2017

Bu gün Klublararası dünya çempionatına start veriləcək.

 

Sportarena.az xəbər verir ki, BƏƏ-nin Əl-Əyn və Əbu-Dabi şəhərlərində keçiriləcək dünya çempionatı dekabrın 16-dək davam edəcək.

 

Turnirdə meydan sahibi “Əl-Cəzirə” (BƏƏ) ilə yanaşı, öz qitələrində çempion olmuş “Okland Siti” (Yeni Zelandiya), “Paçuka” (Meksika), “Vidad Kasablanka” (Mərakeş), “Urava Red Daymonds” (Yaponiya), “Qremio” (Braziliya) və “Real” (İspaniya) klubları çıxış edəcək.

 

DÇ-nin ilk oyununda “Əl-Cəzirə” və “Okland Siti” üz-üzə gələcək.

 

Klublararası dünya çempionatı

İlk mərhələ

6 dekabr

21:00 Əl Cəzirə (BƏƏ) - Okland Siti (Yeni Zelandiya) 1:0

 

1/4 final

9 dekabr

17:00 1. Paçuka (Meksika) - Vidad Kasablanka (Mərakeş) 

20:30 2. Əl Cəzirə/Okland Siti cütünün qalibi - Urava Red Daymonds (Yaponiya)

 

1/2 final

12 dekabr

21:00 Qremio (Braziliya) - 1/4 finalın 1-ci cütünün qalibi

 

13 dekabr

21:00 1/4 finalın 2-ci cütünün qalibi - Real (İspaniya)

 

16 dekabr

18:00 Üçüncü yer uğrunda oyun

21:00 Final


Digər xəbərlər

Xəbər xətti