1/4 final mərhələsi rəqəmlərin gözü ilə

16:32 7 Dekabr 2017

Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək. 6 gün ərzində mərhələnin ilk və cavab oyunları baş tutacaq.
 
Sportarena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən 2017-ci ilin son görüşləri olacaq bu matçlarda üz-üzə gələn komandaların ölkə kubokundakı şəxsi qarşılaşmalarının balansını təqdim edir.
 
Azərbaycan Kuboku, 1/4 final, ilk oyunlar 
10-11 dekabr
"Qəbələ" - "Səbail" – indiyədək qarşılaşmayıblar
 
"Zirə" - "Neftçi" – 2 oyun, +1=0-1, top fərqi 2-4
 
Ötən mövsüm də yolları kəsişən paytaxt klubları yenidən eyni mərhələdə üz-üzə gələcək. Bir il əvvəl hər iki komanda səfər qarşılaşmasında qalib gəlib. İlk oyunu qonaq qismində keçirən "Neftçi”nin böyükhesablı qələbəsi sonda yarımfinala keçmək üçün həlledici olub.
 
2016/17   1/4 final    Zirə - Neftçi (Bakı)   0:3, 2:1
 
"Keşlə"- "Kəpəz"" – 2 oyun, +1=1-0, top fərqi 2-0
 
1/4 finalın üç cütündə olduğu kimi bu komandalar da ötən mövsüm eyni mərhələdə qarşılaşıb. Paytaxt təmsilçisi məğlub olmadan və qol buraxmadan mərhələ adlayıb. Bakılılar həlledici qələbəni ev matçında əldə edib.
 
2016/17   1/4 final   İnter (Bakı) - Kəpəz (Gəncə)2:0, 0:0
 
"Qarabağ" – "Sumqayıt" – 5 oyun, +5=0-0, top fərqi 20-3
 
Ardıcıl 3-cü, ümumilikdə 4-cü dəfə yolları kəsişən komandaların 5 oyununun hamısında "Qarabağ” qələbə qazanıb. 4 dəfə böyük hesabla qalib gələn Ağdam klubu öz meydanındakı 3 görüşdə qol da buraxmayıb.
 
2011/12   1/8 final   Qarabağ (Ağdam) - Sumqayıt Şəhər 3:0
2015/16   1/4 final     Qarabağ (Ağdam) - Sumqayıt   2:0, 4:1
2016/17   1/4 final   Qarabağ (Ağdam) - Sumqayıt Şəhər  6:0, 5:2


Digər xəbərlər

Xəbər xətti