“Mançester Siti”nin futbolçusu ÇL-in tarixinə düşdü

17:48 7 Dekabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin son turunda səfərdə “Şaxtyor”la qarşılaşan “Mançester Siti”nin müdafiəçisi Fil Foden tarixə düşüb.

 

Sportarena.az xəbər verir ki, 2000-ci il təvəllüd müdafiəçi 21-ci əsrdə doğulmuş futbolçular arasında ÇL matçında start heyətində meydana çıxan ilk oyunçu olub. Daha öncə 2000-ci il təvəllüd olan başqa futbolçu - “Yuventus”un üzvü Moyze Kin də ÇL-də meydana çıxmaq şansı qazansa da, o, Fodendən fərqli olaraq, ilk “11”-likdə yox, sonradan meydana çıxıb. İngilis müdafiəçi 17 yaş 192 günlüyündə şans qazanıb. Ancaq onun debütü o qədər də uğurlu olmayıb. Belə ki, matç 2:1 hesabıyla Donetsk təmsilçisinin qələbəsi ilə nəticələnib.

 

Foden 2 ay öncə Hindistanda keçirilən U-17 dünya çempionatını çempion kimi başa vuran İngiltərə millisinin heyətində yer almışdı. O, turnirin ən yaxşı futbolçusu seçilərək, "qızıl top" mükafatı almışdı.


Digər xəbərlər

Xəbər xətti