Vernerin dönər sevdası - FOTO

22:04 7 Dekabr 2017

“Leyptsiq”in hücumçusu Timo Verner Çempionlar Liqasında 1:2 hesabıyla uduzduqları oyundan sonra “Beşiktaş” azarkeşləri ilə görüşüb.

 

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc hücumçu dönəri çox sevdiyini deyib. O, “Ştutqart”da oynadığım zaman günorta kabab yeməyə öyrəşmişdim, ancaq “Leyptsiq”də vegetarian yeməkləri verilir” deyib. Gənc hücumçu yerli dönərxanaların birində “Beşiktaş” azarkeşləri ilə görüşərək, sevimli təamından dadıb.

 

Xatırladaq ki, Verner “Beşiktaş”la İstanbulda baş tutmuş qarşılaşma zamanı azarkeşlərin uğultusuna görə narahat olmuş və əvəzlənmişdi.

 


Digər xəbərlər

Xəbər xətti