UEFA "Real"ın futbolçusunu cəzalandırdı - Qəsdən vərəqə aldığına görə

14:29 8 Dekabr 2017

UEFA İntizam Komitəsi "Real"ın futbolçusu Dani Karvahalı cəzalandırıb.

Sportarena.az xəbər verir ki, buna onun Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda APOEL-ə qarşı matçda (6:0) qəsdən sarı vərəqə alması səbəb olub.  İspan müdafiəçi əlavə edilmiş vaxtda topu autdan meydana gec daxil edib. Buna görə o, sarı vərəqə alaraq cəzalı duruma düşüb. Karvahal bilərəkdən bu addımı atdığı üçün 2 oyunluq cəzalandırılıb. 

"Borussiya" ilə görüşü buraxan cinah müdafiəçi ÇL-in 1/8 finalının ilk matçında da iştarak etməyəcək.


Digər xəbərlər

Xəbər xətti