Peru millisinin kapitanı Xose Qerrero gələn il Rusiyada təşkil ediləcək dünya çempionatında yığmaya kömək edə bilməyəcək.
Sportarena.az xəbər verir ki, FİFA hücumçunu bir il müddətinə diskvalifikasiya edib. Argentina ilə DÇ-2018-in seçmə mərhələ oyunundan sonra keçirilən testdə qanında kokain aşkar edilən 33 yaşlı futbolçu FİFA İntizam Komitəsi tərəfindən bir il müddətinə yarışlardan kənarlaşdırılıb. Bu barədə məlumatı FİFA-nın mətbuat xidməti yayıb.
Onun cəzası bu il noyabrın 3-dən hesablanacaq.