Çempionlar Liqasında qrup mərhələsinin oyunlarında qırımızı vərəqə ilə cəzalandırılan komandalar məlum olub.
Sportarena.az xəbər verir ki, bu oyunlarda ən çox cəzalanan komanda “Qarabağ”dır. Ağdam klubu 6 matçda 3 dəfə qırmızı vərəqə alıb. İkinci yerdə “Benfika” qərarlaşıb. Portuqaliya təmsilçisinin aktivində 2 qırmızı vərəqə var.
“Anderlext” , “Liverpul” , Tottenhem” , “Barselona” , “Şaxtyor” , “Atletiko” , “Roma” , “Feyenoord”, “Portu” , “Monako” və “Leypsiq” klubları isə 1 dəfə qırmızı vərəqə ilə cəzalandırılıblar.