"Çelsi" rəhbərliyi gənc futbolçu Çarli Musonda ilə müqavilənin müddətini uzadıblar.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Musonda 2022-ci ilə qədər "Çelsi"nin formasını geyinəcək.
Qeyd edək ki, 21 yaşlı futbolçu cari mövsümdə ümumilikdə 5 oyunda iştirak edib.