“Yuventus” “Liverpul”un yarımmüdafiəçisi Əmrə Canla prinsipial razılıq əldə edib.
Sportarena.az xəbər verir ki, Əmrə gələn ilin yayında “Yuve”yə keçəcək. O, Turin nəhəngində ildə 4 milyon avro məvacib alacaq. 23 yaşlı futbolçu əlavə olaraq, bonuslar da alacaq. Onun “Liverpul”la müqaviləsi 2018-ci ilin yayında yekunlaşır. Buna görə də futbolçu qışda başqa klublarla danışıq aparmaq hüququna sahib olur.
Qeyd edək ki, Əmrənin xidmətində “İnter” və “Real” da maraqlı idi.