Azərbaycan Ağır Atletika millisinin baş məşqçi vəzifəsində dəyişiklik edilib.
Sportarena.az xəbər verir ki, Tofiq Heydərov işlərinin çoxluğu səbəbindən istefa verib.
Onun yerinə gənc mütəxəssis Asif Məmmədov təyin edilib. Heydərov fəaliyyətini federasiyanın vitse-prezidenti kimi davam etdirəcək.