Fatih Terim Bosniya və Herseqovina millisini çalışdırmayacaq.
Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İddiaya görə, Terim "Qalatasaray”ın baş məşqçisi postuna keçəcək. Belə ki, "cim-bom”un hazırkı çalışdırıcısı İqor Tudorla rəhbərlik dil tapmadığı üçün yaxın günlərdə onu Terimin əvəzləməsi gözlənilir.
Qeyd edək ki, Bosniya və Herseqovina yığmasının baş məşqçisi postuna namizədlərdən biri də Azərbaycan yığmasının sabiq çalışdırıcısı Robert Prosineçkidi.