“Barselona”nın və Türkiyə millisinin üzvü Arda Turan ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıdıqları barədə açıqlamasına etiraz edib.
Sportarena.az xəbər verir ki, Turan sosial şəbəkədə bir şəkil paylaşaraq, “Qüds həmişə sülhün və insanlığın paytaxtı olacaq. Silahlarınızı günahsız insanların üzərindən çəkin!” yazıb.
Xatırladaq ki, Qüds şəhəri Fələstin və İsrail arasında əsas mübahisəli ərazidi. Hər iki ölkə bu şəhəri paytaxtı elan edib.