"Çelsi"nin futbolçusu "Beşiktaş"a rəqib olmaq istəmir - AÇIQLAMA

11:17 10 Dekabr 2017

“Çelsi”nin kapitanı Qari Keyhill Çempionlar Liqasının 1/8 final mərhələsindəki potensial rəqibləri barədə açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, İngiltərə millisinin üzvü 1/8 finalda “Beşiktaş”la qarşılaşmaq istəmədiyini deyib. Keyhill PSJ və ya “Barselona”dan biri ilə qarşılaşmaq istəyir:

 

“Komanda yoldaşlarım və baş məşqçimiz püşkatmada bəxtimizə “Beşiktaş”ı arzu edir. Ancaq mən “Barselona” və ya PSJ-ni istəyirəm. İrəliləmək istəyiriksə, bu yolda “Barselona” və ya PSJ ilə qarşılaşacağıq. İndi və ya sonra düşməyin bir fərqi yoxdu. “Beşiktaş” da olduqca təhlükəli rəqibdi. Qrupu lider kimi başa vurublar".

 

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatması dekabrın 11-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti