Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Keşlə” ilə qarşılaşan “Kəpəz” 0:2 hesabı ilə məğlub olub.
Sportarena.az xəbər verir ki, “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov məğlubiyyətə baxmayaraq, növbəti mərhələyə adlamaq üçün şansların bərabər olduğunu deyib:
“Bu gün yaxşı nəticə qazanmaq istəyirdik, amma alınmadı. Gəncədə cavab oyunumuz var. İnanıram ki, cavab görüşündə daha yaxşı oynayacağıq. Kubok matçları iki oyundan ibarət olduğundan, şanslar yenə bərabərdi”.