Ayxan Abbasov: "Hər şeyə cavab oyununda aydınlıq gələcək"

18:57 10 Dekabr 2017

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda evdə “Neftçi”ni minimal hesabla məğlub edən “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Abbasov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

 

- Maraqlı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Zədə səbəbindən bir neçə futbolçu kənarda qalmışdı. Ancaq şans verdiyim oyunçular onları layiqincə əvəz etdi. Cavab oyunundan öncə vaxtımız azdı. Futbolçularıma inanıram. Onların əzmkarlığı məni sevindirir.

 

- “Neftçi”nin bu gün cəmi bir legionerlə meydana çıxması sizi təəccübləndirmədi ki? 
- Bizdə də 4 legioner var idi. “Neftçi”nin futbolçuları millinin üzvüdü. Məncə, legioner az olsa da, güclü heyət idi.

 

- “Neftçi”nin “Zirə” sindromu olduğu deyilir… 
- Bu barədə düşünmürəm. Belə şeylər mənim üçün adidi. Ola bilsin, iki komanda arasında oyun gərgin keçsin. “Qəbələ” ilə oyunlarımız da gərgin keçir. “Neftçi” ilə bir-birimizə yaxın rəqiblərik. Ola bilsin, buna görə, oyun gərgin keçir.

 

- Tərlan Əhmədov dedi ki, hər şeyə cavab oyununda aydınlıq gələcək…
- Normal qəbul edirəm, mərhələ keçmək istəyirlərsə, qalib gəlməlidilər.

 

- Komandadan kimlərsə göndəriləcək. Manqanın komandadan gedəcəyi deyilir… 
- Hələ bir oyunumuz var. Bu oyundan sonra fikirləşəcəyik. Hazırda bu barədə düşünməyə vaxtımız yoxdu.

 

- Sizcə, 1:0 hesablı qələbə növbəti mərhələyə keçmək üçün kifayətdi? 
- Bu gün başqa hesab da ola bilərdi. İstənilən halda, hər şeyə cavab oyununda aydınlıq gələcək.

 

- Qış planınız hazırdı? 
- Bəli, yaxınlarda bu barədə rəsmi açıqlama olacaq. O ki qaldı transferlərə, bu barədə rəhbərliklə danışacağıq. Ola bilsin, hansısa futbolçu klubundan ayrılsın və onu heyətə cəlb edək. Bizim konkret büdcəmiz var. Bunun əsasında işləyəcəyik.

 

- “Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli yerdə qaldığı zaman oyunu davam etdirən, lakin sonra topu auta çıxaran Vüsal İsgəndərliyə etiraz etdiz. Bu etiraza səbəb nə idi? Onun oyunu davam etdirməsi, yoxsa topu çıxarmaması? 
- Topu çıxarmamasına etiraz etdim. Həmin epizodda topu “Neftçi”nin oyunçuları çıxarmalı idi. Lakin onlar oyunu davam etdirdilər. Daha sonra Vüsal da topu ələ keçirib, oyunu davam etdirdi. Rəqib futbolçu çox ciddi zədələnmişdi. Belə epizodda topu tez çıxarmalı idi. Bir qədər sərt etiraz etməyimə səbəb bu idi.


Digər xəbərlər

Xəbər xətti