Mourinyo derbidən sonra dava saldı - "Siti"nin qapıçısını butulka ilə vurdu

13:30 11 Dekabr 2017

İngiltərə Premyer Liqasının 16-cı turunda keçirilən “Mançester Yunayted” - “Mançester Siti” oyunundan (1:2) sonra qalmaqal yaşanıb.

 

Sportarena.az xəbər verir ki, qalmaqalın mərkəzində MY-nin baş məşqçisi Joze Mourinyo olub. “Mançester Siti”nin futbolçuları qarşılaşmadan sonra qələbəni çılğınlıqla qeyd ediblər. Bu da Mourinyonun xoşuna gəlməyib.

 

O, “Mançester Siti”nin paltardəyişmə otağına gələrək, futbolçulardan sakitləşməyi tələb edib. Onun bu tələbi mübahisəyə çevrilib. Mourinyo əlindəki su butulkasını MS-nin qapıçısı Edersonun başına çırpıb.

 

Dava-dalaşda “şəhərlilər”in köməkçi məşqçisi Mikel Arteta da xəsarət alıb. Onun qaşı partlayıb.

 

"Mançester Siti"nin qələbə sevinci


Digər xəbərlər

Xəbər xətti