Azərbaycan milli komandası Gürcüstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma 2018-ci il fevralın 2-də Türkiyənin Antalya şəhərində təşkil olunacaq.
Bu oyun millinin yeni baş məşqçisi Qurban Qurbanovun “sükan arxasında” ilk sınağı olacaq.