"Fənərbaxça" ulduz futbolçusunu ABŞ klubuna satır - Pulsuz

18:31 11 Dekabr 2017

Türkiyənin “Fənərbaxça” klubunun hücumçusu Robin Van Persi karyerasını ABŞ-da davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, 34 yaşlı forvardın xidmətində MLS təmsilçisi “Los Anceles Qalaksi” maraqlıdı. ABŞ klubu mövsümün sonunda “Fənər”lə müqavilə müddəti bitəcək hollandiyalı futbolçu üçün İstanbul təmsilçisinə rəsmi müraciət edib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

 

“Fənərbaxça”nın cari mövsümdə az şans qazanan Ven Persini göndərməyin əleyhinə olmadığı deyilir. Belə ki, “sarı-lacivərdlilər” illik maaşı 4,9 milyon avro, oyun başına qonorarı isə 20 min avro olan hücumçunu göndərməklə əlavə xərclərdən azad olmaq istəyir.

 

Buna görə, türklərin Van Persinin qışda Los Ancelesə yollanmasına mane olmayacağı və pul istəməyəcəyi qeyd edilib. Belə olacağı halda, futbolçunun mövsümün ikinci yarısındakı maaşını məhz “Qalaksi” ödəyəcək.


Digər xəbərlər

Xəbər xətti