Qriqorçuk: "Cavab matçına ciddi yanaşacağıq"

20:08 11 Dekabr 2017

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Səbail” qarşılaşmasından sonra (1:0) “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis bunları söyləyib:

 

“Oyundan razı qaldım. Ümumiyyətlə son vaxtlar komandamın oyunundan zövq alıram. Bu da çox yaxşı, müsbət məqamdı. Təəssüf ki, bu gün daha çox qol vura bilmədik. Çünki belə oyunda hesab başqa cür olmalı idi. Lakin göstərdiyimiz oyundan razıyam. Rəqibin cavab matçında necə oynayacağını indidən deyə bilmərəm. “Səbail” yaxşı komandadır və biz cavab matçına ciddi yanaşacağıq. Müxtəlif variantlara hazırlaşacağıq. Futbolda hər şey olur. İndi matçı təhlili vacibdi ki, cavab görüşünədək oyunumuzda müəyyən düzəlişlər edək. Cavid Hüseynovu ən yaxşı azərbaycanlı futbolçulardan biri sayıram. Ona inanıram və əminəm ki, daha yaxşı oynayacaq. Bunun üçün ona vaxt lazımdı. Mən Cavidin həm “Qəbələ”, həm Azərbaycan millisinə hələ çox fayda verəcəyinə əminəm. Tellur Mütəllimov üzərində çox çalışır. Biz də ona kömək etmək istəyirik. Amma həmişəki prinsipimizlə meydana ən hazırlıqlı futbolçular çıxır. Bu gün isə komandanın oyununu o qədər bəyəndim ki, dəyişikliyə ehtiyac duymadım. Belə heyətin daha çox meydanda olmasını istədim. Əlbəttə ki, Tellura inanırıq. O, potensiallı futbolçudu. Onun üzləşdiklərindən düzgün nəticə çıxardığını görürəm. Komandadan kimlərin gedəcəyi barədə heç bir dəqiq məlumatım olmadığı üçün sizə də deyə bilmərəm”.


Digər xəbərlər

Xəbər xətti