2017-ci ildə Afrikanın ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün BBC-nin keçirdiyi sorğu yekunlaşıb.
Sportarena.az xəbər verir ki, sorğunun nəticəsinə görə, “Liverpul”un hücumçusu Məhəmməd Salah Afrikanın ən yaxşı futbolçusu seçilib. O, sorğuda Pyer Emerik-Obameyanqı (Qana, “Borussiya”), Nabi Keytanı (Qabon, “Leyptsiq”), Sadio Maneni (Seneqal, “Liverpul”) və Viktor Mozesi (Nigeriya, “Çelsi”) qabaqlayıb.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ilin yayında “Roma”dan “Liverpul”a 42 milyon avroya transfer olunub. O, “Liverpul”un heyətində keçirdiyi 24 oyunda 19 qol vurub, 6 qol ötürməsi edib. O, eyni zamanda Misir millisi ilə Dünya çempionatına vəsiqə qazanıb.