Derbidən sonrakı dava İbrahimoviçə görə olub? - Araşdırmalar başladı

15:41 12 Dekabr 2017

 

İngiltərə Premyer Liqasının 16-cı turunda keçirilən “Mançester Yunayted” - “Mançester Siti” qarşılaşmasından (1:2) sonra dava-dalaş olduğu barədə məlumat vermişdik. Dava-dalaşda 20-yə yaxın futbolçu və klub rəsmisi iştirak etmişdi. “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo da davanın iştirakçısı olmuşdu.

 

Sportarena.az xəbər verir ki, İngiltərə mətbuatı davanın Zlatan İbrahimoviçə görə baş verdiyini yazıb. Qarşılaşmadan sonra “Mançester Siti”nin futbolçuları xorla “İbra, sən çox danışır, az hərəkət edirsən” qışqırıblar.

 

Məhz bu atmacadan sonra əsəblərin tarıma çəkildiyi iddia olunur. Artıq İngiltərə Futbol Assosiasiyası insidentlə bağlı araşdırmalara başlayıb.


Digər xəbərlər

Xəbər xətti