"Evdən uzaq, amma aid olduğun yerdə" - Bir xoreoqrafiyanın hekayəsi - VİDEO

16:32 12 Dekabr 2017

Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçirilən "Çelsi" ilə oyundan öncə açılan möhtəşəm xoreoqrafiya hələ də unudulmur. Üzərində "Evdən uzaq, amma aid olduğun yerdə" yazılan bu möhtəşəm əsər hələ də azarkeşlər və mətbuat tərəfindən müzakirə edilir. Bu möhtəşəm xoreoqrafiya çətin ki, yaxın gələcəkdə insanların yaddaşından silinsin.

 

Sportarena.az xəbər verir ki, "Qarabağ" klubunun təşəbbüsü və təşkilatçığı ilə "Fənərbaxça"nın UNİFEB fan klubunun dəstəyi ilə hazırlanan xoreoqrafiya haqqında video yayımlanıb. UNİFEB-in hazırladığı videoda xoreoqrafiya hazırlanması və görülən işlər barədə məlumat verilib. Türkiyəli fanatlar yaşadıqları qürur hisslərini də bölüşməyi unutmayıblar. Sujetdə həmçinin, "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəlin və ağdamlı azarkeşlərin də fikirlərinə yer verilib.

 

Videoda diqqət çəkən məqam Əmrah bəyin xoreoqrafiyanın hazırlanmasında və boyanmasında yaxından iştirak etməsi idi.

 

 


Digər xəbərlər

Xəbər xətti