Rəşad Sadıqov "Roma"nın düşərgəsinə yollandı

17:18 12 Dekabr 2017

"Qarabağ”ın futbolçusu Rəşad Sadıqov İtaliyanın paytaxtı Romaya yollanıb.
 
Sportarena.az xəbər verir ki, bu barədə "Report”a Ağdam təmsilçisinin kapitanının özü məlumat verib. O bildirib ki, UEFA PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsi çərçivəsində "Roma” klubunun düşərgəsində olacaq.
 
Sadıqov 12 - 15 dekabrda Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqibi olmuş paytaxt təmsilçisinin məşqlərini izləyəcək. Dekabrın 16-da isə "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi "Roma"nın "Kalyari" ilə keçirəcəyi İtaliya A Seriyasının XVII tur matçını izləyəcək. 
 
Qeyd edək ki, Rəşad Sadıqovun tezliklə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunacağı gözlənilir. 


Digər xəbərlər

Xəbər xətti