Qvardiola derbidən sonrakı davadan danışdı

21:52 12 Dekabr 2017

İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində baş tutmuş “Mançester Yunayted” - “Mançester Siti” oyunundan (1:2) sonra paltardəyişmə otağında iki komanda arasında qalmaqal yaşanması barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola “Mirror” nəşrinə açıqlamasında hadisədə günahları olmadığını deyib:

 

“Xeyr, bunu şərh etməyəcəm. Biz derbidə qalib gəlmişik, insanlar bizim bunu qeyd etməyəcəyimizi gözləyirdilər? Xeyr, biz bundan imtina etdik. Eynən “Arsenal”ın “Mançester Yunayted” üzərində qələbədən sonra etdiyi kimi. Paltardəyişmə otağında qələbə sevincini yaşayırdıq. Sadəcə, komanda çox sevindiyindən bunu çılğınca qeyd etdi, bu, düzdü. Ancaq qeyri-adi heç nə etməmişik. Hər şey həmişə olduğu kimi idi. Necə ki, əvvəl həmişə olub və bundan sonra da belə olacaq. Paltardəyişmə otağında çəkilmiş şəkil hər şeyi deyir. Qələbəni adi formada qeyd etdik”.

 

Xatırladaq ki, “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo oyundan sonra “Mançester Siti”nin paltardəyişmə otağına gələrək, futbolçulardan sakitləşməyi tələb edib. Onun bu tələbi mübahisəyə çevrilib. Mourinyo əlindəki su butulkasını MS-nin qapıçısı Edersonun başına çırpıb. Dava-dalaşda “şəhərlilər”in köməkçi məşqçisi Mikel Arteta da xəsarət alıb. Onun qaşı partlayıb.


Digər xəbərlər

Xəbər xətti