AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Gənclər Liqasının qalmaqallı “Kəpəz” – “Neftçi” matçı ilə bağlı qərarlar verilib.
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki,, İK 3 futbolçunu cəzalandırıb. “Kəpəz” – “Neftçi” oyunundan sonra kütləvi dava-dalaşda iştirak edən “Neftçi”nin üzvü Əbdül Ağaməmmədov və “Kəpəz”in oyunçuları Mehdi Həsənovla Yusif İsmayılov 5 oyunluq cəzalandırılıb.
Həmçinin, U-13 Liqasının, UGİM (Lənkəran) – “Boradigah” (Masallı) görüşünün 45-ci dəqiqəsində meydan sahiblərinin baş məşqiçisi Bəxtiyar Sadıqov hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzaya məruz qalıb.