Mxitaryan Mourinyonun qara siyahısına düşdü - Satılır

16:44 13 Dekabr 2017

"Mançester Yunayted"in baş məşqçisi Joze Morinyo qış transfer pəncərəsində komandadan göndəriləcək futbolçuların siyahısını hazırlamağa başlayıb.

 

Sportarena.az xəbər verir ki, artıq 2 futbolçu portuqaliyalı məşqçinin qara siyahısına düşüb. Onlar müdafiəçi Luk Şou və yarımmüdafiəçi Henrik Mxitaryandı. Mourinyo Şounun Premyer Liqa klublarından birinə icarəyə verilməsində də maraqlıdır. O, gənc futbolçunun əvvəlki formasını bərpa edəcəyinə inanır. Mütəxəssis sərfəli təklif gələcəyi təqdirdə ingiltərəli futbolçunun satılmasına da etiraz etməyib.

 

Mxitaryanın vəziyyəti isə daha ağırdı. Futbolçunun menecerinə başqa klublarla danışıqlar aparmağa icazə verilib. Klub rəhbərliyi də Jozeyə lazım olmayan erməni yarımmüdafiəçinin komandada qalmasını istəmir.

 

İngiltərə mətbuatının iddiasına görə, Henrik sabiq klubu "Borussiya Dortmund"un və İtaliyanın "İnter"inin maraq dairəsindədir. Hər iki klub futbolçunu qışda heyətinə qatmaq istəyir.


Digər xəbərlər

Xəbər xətti