Azərbaycanın U-19 yığmasının yeni baş məşqçisi Vüqar Məmməd AFFA-nın saytına açıqlama verib.
Sportarena.az xəbər verir ki, gənc mütəxəssis Avropa çempionatının seçmə mərhələsində müsbət nəticə qazanmaq üçün ciddi səy göstərəcəklərini deyib:
“Məşqçi heyətimlə birlikdə mənə göstərilən etimadı doğrultmağa çalışacam. Avropa çempionatının seçmə mərhələsində yer aldığımız qrupdan xəbərim var. Müsbət nəticə qazanmaq üçün ciddi səy göstərəcəyik. Həmçinin bu yaş qrupunda olan futbolçuları tanıyıram. U-17 yığmamıza ötən seçmə mərhələdə rəhbərlik etmişdim. Qısa zamanda çətin qrupda heç də pis olmayan nəticələr əldə etmişdik. Digər yığma komandalarımıza təyin edilmiş bütün məşqçi həmkarlarımı təbrik edir, onlara uğurlar arzulayıram”.