“Barselona”nın və Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo da siyasətə qoşulub.
Sportarena.az xəbər verir ki, Ronaldinyo Braziliyanın Federal Senatına keçiriləcək seçkilərdə iştirak etmək istəyir. O, artıq namizədliyini də irəli sürüb.
2005-ci ildə “Qızıl top”un sahibi olan Ronaldinyo Sosial Xiristian Partiyasının namizədi kimi seçkilərə qatılır. 37 yaşlı Ronaldinyo Minas-Jerays ştatında mübarizə aparmalı olacaq.