Oyun vaxtı PSJ-nin baş məşqçisinin evinə oğru girdi

11:14 15 Dekabr 2017

PSJ-nin baş məşqçisi Unay Emeri soyğuna məruz qalıb.

 

Sportarena.az xəbər verir ki, naməlum şəxslər Emerinin evini talayıblar. Hadisə Fransa kubokunda “Starsburq”la keçirilən oyun zamanı baş verib. Oğrular Emerinin PSJ ilə müqaviləsini, taktiki sxemlərlə bağlı qeydlərini və Neymarın formasını aparıblar. Emerinin həyat yoldaşının bahalı çantası, saatı və qolbağı da oğurlanıb.

 

Polis dəyən zərərin 20 min avro olduğunu bildirib.


Digər xəbərlər

Xəbər xətti